Ölkə futbolu

Diniyevin israrla istədiyi transfer reallaşır

“Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, komanda son olaraq Macarıstanın “Uypeşt” klubunda çıxış edən Matiya Lyuic ilə razılaşıb. Yeni transferin sabah Bakıya gələcəyi bildirilir.

29 yaşlı yarımmüdafiəçi ilə mövsüm sonuna qədər müqavilə imzalanacaq. Transferin yaxın vaxtda rəsmən açıqlanması gözlənilir.

Serbiyalı futbolçu cari mövsüm Macarıstan çempionatında 11 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43