Kateqoriyasız

Dmitri Nazarov Almaniya klubu ilə müqavilə bağlayır – Klub sahibi açıqladı

Milli komandamızın futbolçusu Dmitri Nazarov çıxış etdiyi Almaniyanın “Aue” klubundan yeni təklif alıb.

İdmanxeber.az-ın “Bild” nəşrinə istinadən məlumatına görə, 29 yaşlı oyunçu komandası ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Klubun sahibi Helqe Leonhardt verdiyi açıqlamada Nazarovla yanaşı daha 3 futbolçuya yeni müqavilə təklif etdiklərini bildirib:

“Bu 4 oyunçu və onların menecerləri ilə danışıqlarımız son mərhələdədi. Onların hamısının müqavilə müddəti 2023-cü ilin yayına qədər uzadılacaq. Əgər nəyəsə nail olmaq istəyiriksə, xarakteri möhkəm olan güclü futbolçulara ehtiyacımız var. Bu oyunçular da istəyimizə uyğundu və yeni baş məşqçinin aparıcı futbolçularıdı”, – deyə Helqe Leonhardt bildirib.

Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən “Aue”də çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43