Kateqoriyasız

Dorinel Munteanu : “Təəssüf ki, bunu bacarmadıq”

Topaz Premyer Liqasının 2-ci turunda “Qəbələ” öz meydanında “Araz Naxçıvan”la qarşılaşdı. Çətin matçdan  1-0 hesabı ilə ayrılan “Qəbələ” mövsümdə ilk qələbəsini qazandı.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında  “Qəbələ” klubunun baş məşqçisi Dorinel Munteanu bu fikirləri səsləndirib:

“Komandamın ünvanına yalnız xoş sözlər deyə bilərəm. Çox çalışdıq, yaxşı oynadıq və qələbə qazandıq. İlk hissənin başlanğıcında rəqibə daha rahat oynamağa imkan verdik. Lakin qol vurduqdan sonra komanda öz oyununu göstərməyə başladı, ikinci qolu da vurub oyunda nöqtəni qoya bilərdik. Təəssüf ki, bunu bacarmadıq. İkinci hissədə hesabı qoruduğumuz üçün müdafiəyə çox çəkildik. Bununla bağlı komanda ilə söhbət edəcəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43