Kateqoriyasız

Dünya çempionatlarında ən çox oyun keçirən futbolçular

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu il Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində daha bir mövzu ilə bağlı araşdırma aparıb.

İdmanxeber.az-ın məlumatına görə, mundialların final və seçmə mərhələlərində ən çox matça çıxmış oyunçular açıqlanıb. Siahı aşağıdakı kimidir:

1. Lionel Messi (Argentina, 2005-ci ildən indiyədək) – 79 matç (60 seçmə mərhələ, 19 final oyunu)

2. Dieqo Qodin (Uruqvay, 2007-ci ildən indiyədək) – 79 matç – (65 seçmə mərhələ, 14 final oyunu)

3. İvan Xurdato (Ekvador, 1993-2009) – 79 matç (73 seçmə mərhələ, 6 final oyunu)

4. Luis Suares (Uruqvay, 2007-ci ildən indiyədək) – 75 matç (62 seçmə mərhələ, 13 final oyunu)

5. Kladuio Bravo (Çili, 2005-ci ildən indiyədək) – 72 matç (64 seçmə mərhələ, 8 final oyunu)

6. Paulo Sezar da Silva (Paraqvay, 2010-2017) – 72 matç (66 final, 6 seçmə mərhələ oyunu)

7. Xavyer Maskerano (Argentina, 2004-2018) – 69 matç (49 seçmə mərhələ, 20 final oyunu)

8. Selso Borxes (Kosta Rika, 2008-ci ildən indiyədək) – 67 matç (59 seçmə mərhələ oyunu, 8 final oyunu)

9. Maynor Fiqyeroa (Honduras, 2004-cü ildən indiyədək) – 66 mat. (60 seçmə mərhələ, 6 final oyunu)

10. Kriştiano Ronaldo (Portuqaliya, 2004-cü ildən indiyədək) – 64 mat. (47 seçmə mərhələ, 17 final oyunu)

11. Aleksis Sançes (Çili, 2008-ci ildən indiyədək) – 64 matç (58 seçmə mərhələ, 6 final oyunu)

12. Nestor Muslera (Uruqvay, 2009-cu ildən indiyədək) – 63 matç (47 seçmə mərhələ, 16 final oyunu)

13. Edinson Kavani (Uruqvay, 2008-ci ildən indiyədək) – 63 matç (49 seçmə mərhələ, 14 final oyunu)

14. Devid Ospina (Kolumbiya, 2009-cu ildən indiyədək) – 63 matç (54 seçmə mərhələ, 9 final oyunu)

15. Brayan Ruiz (Kosta Rika, 2008-ci ildən indiyədək) – 63 mat (55 seçmə mərhələ, 8 final oyunu)

16. Anhel di Mariya (Argentina, 2008-ci ildən indiyədək) – 61 matç (48 seçmə mərhələ, 13 final oyunu)

17. Noel alladares (Honduras, 2000-2015) – 61 matç (55 seçmə mərhələ, 6 final oyunu)

18. Andres Quardado (Meksika, 2008-ci ildən indiyədək) – 60 matç (48 seçmə mərhələ, 12 final oyunu)

19. Maurisio İsla (Çili, 2009-cu ildən indiyədək) – 60 matç (52 seçmə mərhələ, 8 final oyunu)

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43