Bu səfərki “El Klasiko” iki superulduzsuz keçəcək.
İspaniya çempionatının son turunda “Sevila”ya qarşı keçirilən matçda zədələnən “Barselona”ın ulduzu Lionel Messinin oktyabrın 28-i oynanacaq “Real Madrid” görüşünü buraxacağı bildirilib. Madrid təmsilçisinin superulduzu Ronaldonun da bu il “Yuventus”a transfer oldunduğunu nəzərə alsaq bu, 11 il sonra iki oyunçusuz keçirilən ilk “El Klasiko” olacaq.
Qeyd edək ki, “Braselona” indiyə kimi Messisiz çıxdığı iki “El Klasiko”da da qalib gələ bilməyib. Bunların birincisi 2016-2017-ci mövsümdə oynanıb və matç 1:1 hesabı ilə sona çatıb. Bir digəri isə növbəti mövsümdə “Santiaqo Bernabeu”da “Real”ın 1:0 hesabı il qələbəsi ilə başa çatıb.