Dünya futbolu

“El Klasiko”nu Jose Mourinyo şərh edəcək

La Liqanın XXVI turunda “Real Madrid”lə “Barselona” üz-üzə gələcək

İdmanxeber.az-ın məlumatına görə, turun mərkəzi qarşılaşmasını izləyicilər üçün vaxtı ilə hər iki komandada çalışan Jose Mourinyo şərh edəcək. Portuqaliyalı mütəxəssis “bEIN SPORT”un şimali Afrika və Türkiyə bölgəsindəki kanallarında oyunöncəsi və sonrası fikirlərini bildirəcək.

Xatırladaq ki, “Real” – “Barselona” matçı martın ikisi saat 23:45-də başlayacaq.

Qeyd edək ki, təcrübəli mütəxəssis daha öncə də cari mövsümdəki “Arsenal – “Çelsi” matçını eyni bölgə izləyiciləri üçün şərh etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43