25 İyul 2026
Kateqoriyasız

Elbrus Məmmədov üsyan etdi: “Baxıb, qiymət versinlər”

“Qəbələ” komandasını qələbə münasibəti ilə təbrik edirəm. Roman Qriqorçuk yaxşı kollektiv yaradıb”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov deyib.

Cənub komandasının çalışdırıcısı hakim idarəçiliyindən narazı qalıb:

“Oyunda narazı qaldığım müəyyən məqamlar var. Bəzi epizodlarda hakim bizə qarşı düzgün qərarlar qəbul etmədi. Bəlkə də bunu dediyimə görə məni cəzalandıracaqlar, bəlkə də mənim düzgün olduğumu görüb, hakimi cəzalandıracaqlar. Amma bununla heç kim irəli getməyəcək. Bütün bunlar gənclərə mənfi təsir edir. Elvin Mirzəyevə göstərilən ilk sarı vərəqəyə mütəxəssislər baxıb, qiymət versinlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43