Futbol üzrə Xorvatiya ikinci liqasında 11-ci turun oyunları keçirilib.
İdmanxeber.com-un məlumatına görə, azərbaycanlı futbolçu Elnur Cəfərovun çıxış etdiyi “Duqopolye” də növbəti matçına çıxıb.
Həmyerlimizin komandası doğma meydanda “İmotski” ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2 – 0 hesablı qələbəsi ilə yekunlaşıb. Elnur bu matça start heyətdə başlayıb və fasilədə əvəzlənib.
Qeyd edək ki, “Duqopolye” geridə qalan turlarda topladığı 18 xalla 12 klub arasında 3-cü pillədə qərarlaşıb.