Kateqoriyasız

Elvin oynadı, komandası əzmkar qələbə qazandı

Şimali Makedoniya çempionatında 6-cı turun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Elvin Yunuszadənin formasını geyindiyi “Şkupi” evdə “Renova”nı qonaq edib.

7 qolun vurulduğu matçda “Şkupi” qələbəyə sevinib – 4:3.

Elvin start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Şkupi” 13 xalla 12 komanda arasında  2-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43