Dünya futbolu

Elxan Məmmədov Londonda görüş keçirdi

AFFA-nın baş katibi Elxan Məmmədov Monteneqro Futbol Assosiasiyasının (MFA) prezidenti Deyan Saviçeviçlə görüşüb.

İdmanxeber.com-un məlumatına görə, görüş bu gün İngiltərənin paytraxtı London şəhərində gerçəkləşib.

Görüşdə AFFA və MFA arasında qarşılıqlı əlaqələr müzakirə olunub, fikir mübadiləsi aparılıb. E.Məmmədov UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi ilə bağlı platformasını D.Saviçeviçə təqdim edib.

Qeyd edək ki, AFFA rəsmisi daha əvvəl Serbiya Futbol Federasiyasının prezidenti Slavişa Kokeza və Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şukerlə görüşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43