Dünya futbolu

Emin Mahmudov “Riu Ave”yə qarşı oynayacaq?

Portuqaliya Premyer Liqasında 27-cı turun növbəti oyunları baş tutacaq.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın üzvü Emin Mahmudovun çıxış etdiyi "Boavişta" doğma meydanda "Riu Ave"ni qonaq edəcək. Futbolçumuzun "Riu Ave"yə qarşı matçda start heyətdə yer almayacağı gözlənilir.

Qarşılaşma Bakı vaxtilə saat 21:15-də start götürəcək.

Qeyd edək ki, 26 oyundan sonra “Boavişta” 34 xalla 9-cu, onun rəqibi “Riu Ave” isə 35 xalla 8-ci yeri tutur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43