Dünya futbolu

“Fənərbağça”nın matçı təxirə getdi – TFF-dən açıqlama

Türkiyə Futbol Federasiyası Super Liqa və I Liqa oyunlarının təxirə salındığını açıqalyıb.

İdmaneber.az-ın məlumatına görə, federasiyadan edilən açıqlama ölkədə baş vermiş təbii fəlakət səbəbindən bu gün keçirilməsi nəzərdə tutulan “Fənərbağça” – “Konyaspor”,  “Ümraniyespor” – “Adana Demirspor”, “Giresunspor” – “Kayserispor” və “Eyupsor” – “Bodrumspor” qarşılaşmaları iləri bir tarixə qədər təxirə salındığı bildirilib.

Oyunların hansı tarixdə keçiriləcəyi haqqında məlumat verilməyib.

Türkiyənin Qaziantep, Hatay, Malatya və Adana şəhərlərində çox güclü zəlzələ baş verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43