Ölkə futbolu

“Fərqli planlarımız var idi” – Ayxan Abbasov

“Bu gün rəqib bəlkə də ən yaxşı oyununu keçirdi. Hər şeyin bu qədər sürətli alınacağını gözləmirdik. Bilirdik ki, əks hücumda yaxalana bilərik. Qarşıda bu komanda ilə kubok matçımız var. Növbəti görüşlərə hazırlaşacağıq. Bu matç bizim üçün kiçik imtahan idi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Neftçi” oyunu sonrası deyib. O, apreldə “Neftçi”yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal oyunlarına da toxunub:

“Kubok matçları fərqli ab-havada keçir. Bu gün rəqibi daha yaxından tanımağa çalışdıq. Çünki qış fasiləsində alınan futbolçular “Neftçi”yə güc qatıblar. Kubok oyununa daha yaxşı hazırlaşmalıyıq.

“Belaydi Pusinin də çempionata uyğunlaşmasını istəyirik. “Sabah”a qarşı pis oynamamışdı. Bu gün də bəzi fürsətləri oldu. Əslində fərqli planlarımız var idi, rəqib imkan vermədi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43