Kateqoriyasız

“Ferentsvaroş” – “Qarabağ” matçının hakimləri bilindi

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu – “Ferentsvaroş” – “Qarabağ” görüşünün hakimləri açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, Budapeştdəkı qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Karlos del Serroya Xose Naranxo və Qonsalo Qonsales laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Migel Anxel Ortis Arias yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 9-da oynanılacaq matç Bakıda vaxtı ilə saat 22:00-da başlayacaq. İlk görüş avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43