Milli komanda

FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb- Millimiz irəlilədi

FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.

İdmanxeber.com-un FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisi ötən ayla müqayisədə 1 pillə irəliləyib. Millimiz 272 xalla  115-ci pillədə qərarlaşıb.

"Avro-2016"nın seçmə mərhələsində millimizin rəqiblərindən olan İtaliya 1101 xalla 13-cü pillədəki mövqeyini qoruyub. Xorvatiya 18-ci (-1), Norveç 64-cü (+6), Bolqarıstan 62-ci (+5), Malta isə 145-ci (+4) yeri tutur.

Siyahının ilk pilləsinə yenə Almaniya millisi başçılıq edir. Belçika yığması ikinci pilləyə yüksəlib. Ötən ayın ikincisi Argentina yığması bir pillə geriləyərək üçüncü olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43