12 İyul 2026
İdman

“Finalda məğlub olmaq uğursuzluq deyil” – “Gəncə”nin kapitanı

“Çox gərgin oyun oldu. Əlavə vaxtda qədər uzanan matçı qazanmağı bacardıq. Çox şükür ki, finala yüksələ bildik. Ayın 20-də “Sabah”la görüşlərimiz başlayır. Düzdü, biz bir az yoğrun olacağıq, rəqib isə artıq bir neçə gündü istirahət edir”.

Bu sözləri idmanxeber.az saytına basketbol üzrə “Gəncə” komandasının kapitanı Amil Həmzəyev bölgə təmsilçisinin NTD ilə görüşdə 106:103 hesabı ilə qazanıb Azərbaycan çempionatında finala yüksəlməsi barədə danışarkən deyib. Təcrübəli oyunçu daha sonra belə davam edib:

“Şanslar yarı-yarıyadır. Hər iki komanda da finala yüksəlibsə, deməli, güclüdürlər. Bizim üçün çox yaxşı mövsüm keçib. Ölkə kubokunu qazandıq, indi də növbə çempionluqdadır.

Finalda məğlub olsaq belə bunu uğursuzluq kimi qəbul etməyəcəyik. Çünki çempionatda ən az legioner oyunçu bizdədir. Cəmi 7 oyunçumuz rotasiyaya qoşula bilər. Digər klublarda isə durum fərqlidir.  Ancaq yenə də şanslarımızı yüksək qiymətləndirirəm”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43