05 İyun 2026
Kateqoriyasız Milli komanda

Fransa – Azərbaycan oyununa böyük maraq – SİYAHI

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Fransa yığması ilə qarşılaşacaq Azərbaycan millisinin bu matçı dünyanın bir çox ölkəsində canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, Parisdə keçiriləcək görüşü ölkəmizdə CBC Sport kanalı birbaşa nümayiş etdirəcək.

Bundan başqa, Türkiyənin Exxen, Rusiyanın Okko Sport kanalları da sözügedən görüşü canlı yayımlayacaq.

DÇ-2026

22:45 Fransa – Azərbaycan – CBC Sport (Azərbaycan), Exxen (Türkiyə), Okko Sport (Rusiya), TV 2 (Norveç),  Arena 4 (Monyeneqro), TF1 (Lüksemburq),  Sport 4 (İsrail), RCTı (İndoneziya), Nova Sports 1 (Yunanıstan), DAZN (Almaniya), TF1+ (Fransa) və başqaları.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43