Kateqoriyasız

Fransa – Azərbaycan oyununun vaxtı açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, komandamızın Fransanın müvafiq yaş qrupundan ibarət yığması ilə oyunu oktyabrın 10-da Kale şəhərindəki “Stad de L`Epopee” stadionunda qarşılaşacaq. Görüş yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 23:00) başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43