AVARO-2024 seçmə mərhələsinin V turunun oyunları start verilib.
İdmanxeber.az-ın məlumatına görə, Fransa millisi doğma meydanda İrlandiyanı qəbul edib. Görüş ev sahibi komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
B qrupunda qərarlaşan Fransa beş oyundan maksimum nəticə toplayaraq 15 xalla liderdir. İrlandiyanın isə aktivində 4 xalı var.

