Kateqoriyasız

Fransadan “Qarabağ”ın lehinə ola biləcək xəbər

Konfrans Liqasının pley-off mərhələsinin “Marsel” – “Qarabağ” matçına maraq azdı.

İdmanxeber.az Fransa mətbuatına istinadən xəbər verir ki, “Velodrom” stadionda oynanılacaq oyun üçün satışa çıxarılan biletlərdən cəmi 15 mini satılıb.

67min azarkeş tutumuna malik arenada oyun günü maksimum 20 min azarkeşin olması gözlənilir.

Qeyd edək ki, fevralın 17-də keçiriləcək “Marsel” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43