Fransa çempionatında “Lans” doğma meydanda “Şator”u 2:0 hesabı ilə məğlub edib.
Oyunu izləyənlər arasında “Bakı”nın prezidenti Hafiz Məmmədov da olub. Fransız azarkeşlər azərbaycanlı iş adamına sevgilərini “Hafiz! Hafiz!” şüarı səsləndirərək bildiriblər.
Həmyerlimiz isə öz növbəsində, oyun sonrasında, futbolçuların soyunub-geyinmə otağına gələrək onlara gözəl oyuna görə təşəkkür edib.