Dünyadan

Futbolçumuz başı partladı, oyun yarımçıq dayandırıldı

Türkiyə PTT Birinci Liqasında 4-cü turun oyunları keçirilir.

Millimizin sabiq futbolçuları Arif İsayevlə Saşa Yunisoğlunun şərəfini qoruduğu “Dənizlispor” klubu da bu gün növbəti matçına çıxıb.

Dənizli təmsilçisi öz meydanında "Samsunspor"la qarşılaşıb. Hər iki oyunçumuz tsart heyətində meydana çıxıb.
Matçın 24-cü dəqiqəsində rəqib futbolçu ilə toqquşan Arif İsayevin başı partlasa da, həkimlər onun qısa zamanda başı sarıqlı halda meydana dönməsinə nail olublar

Qarşılaşmanın 51-ci dəqiqəsində "Dənizlispor" hesabı açıb. Lakin bundan 6 dəqiqə sonra oyun yarımçıq dayandırılıb. Buna səbəb stadionun işıqlandırma sistemində problem yaranmasıdı.

Böyük ehtimalla oyun başqa bir tarixdə qaldığı yerdən davam etdiriləcək. 
 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43