“Gözəl oyun oldu. “Neftçi” də yaxşı oynadı. Amma biz “Neftçi”dən daha yaxşı olduq. Finalı daha ço istəyirdik. Mənə görə bizə lazım olanı qazandıq”.
Bu sözləri İdmanxeber.az-a açıqlamasında “Sabah”ın futbolçusu Cessi Sekidika deyib.
“Bayquşlar”ın legioneri “Neftçi”yə keçmə ehtimalı haqqında danışıb:
“Mənim “Sabah”la müqaviləm var”.
Daha sonra Sekidika “iddia olunur ki, Elvin Camalovnan danışan şəxs sizsiz. Buna münasibətiniz?” sualına belə cavab verib:
“Xeyr. O danışan mən deyiləm. Biz Elvinlə dostuq. Həmin adamın mən olmadığını klubdan da soruşa bilərsiniz”.
Fərid Nəsibov

