15 İyun 2026
Ölkə futbolu

“Sabah” – “Neftçi” matçında baş verənlərlə bağlı cəzalar açıqlanıb

Azərbaycan kubokunun yarımfinal mərhələsində “Sabah”la “Neftçi” arasında baş tutan cavab matçı ilə bağlı cəzalar açıqlanıb.

Bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə “Sabah” 800 manat cərimələnib. Klub həmçinin, azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə 800, pirotexniki vasitədən istifadə edildiyi üçün isə 1500 manat ziyana düşüb.

AFFA İntizam Komitəsi azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə “Neftçi” klubunu da 800 manat cərimələyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43