05 İyun 2026
Ölkə futbolu

“Hətta Azərbaycan belə, futbol oynamağı bacarır”

Ukrayna millisinin yarımmüdafiəçisi Ruslan Malinovskyi komandasının oktyabrda qazandığı qələbələr – İslandiya (5:3) və Azərbaycan (2:1) üzərindəki oyunlardan sonra fikirlərini bölüşüb.

İdmanxeber.az xəbər verir ki, “Cenoa”nın futbolçusu matçların çətin keçdiyini deyib:

“Uzun müddətdir bu tempdə oynamamışdım, amma bütün gücümü meydana qoydum. Əsas odur ki, qalib gəldik. Azərbaycan da yaxşı oynadı, asan rəqib deyildi. Görürük ki, bütün yığmalar, hətta Azərbaycan belə, futbol oynamağı bacarır. Oyun asan olmadı, amma düşünürəm ki, əsas məsələ qələbədir. İndi növbəti oyuna hazırlaşırıq. İslandiyada meydan sərt idi, top daha sürətli hərəkət edirdi. Burada isə meydan daha yumşaq idi, çoxlu qum var idi. Bədən buna fərqli reaksiya verir, əzələlər başqa cür işləyir. Məşqdə artıq hiss edirdim ki, ayaqlarım yorulub, amma dözmək lazım idi”.

Dörd turdan sonra Ukrayna 7 xalla D qrupunda ikinci pillədə qərarlaşıb. Fransa 10 xalla liderdir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43