“Mançester Siti”nin hücumçusu Erlinq Haland Premyer Liqada rekord qırıb.
İdmanxeber.az-ın məlumatına görə, norveçli forvard dünən Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya (3:0) qol vurub. O, klub üçün bütün yarışlarda qollarının sayını 45-ə çatdırıb.
Bu, İngiltərə Premyer Liqasının futbolçuları arasında rekord göstəricidir.
22 yaşlı hücumçu 39 matçda 45 qol vurub.

