Kateqoriyasız

“Hapoel”in sabiq üzvü “Turan Tovuz”da

“Turan Tovuz” növbəti transferini həyata keçirib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz təmsilçisi Cənubi Afrika Respublikasından olan müdafiəçi Siyanda Xulunu transfer edib. 31 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, peşəkar karyerasına ölkəsinin “Mamelodi Sandaunz” klubunda başlayan futbolçu “Kayzer Çifs”, “Maritzburq Yunayted”, Rusiyada isə “Rostov”un formasını geyinib. O, son olaraq İsrailin “Hapoel” (Tel Əviv) komandasının şərəfini qoruyub.

Siyanda Xulu Cənubi Afrika Respublikasının əsas millisində 16 oyuna çıxıb və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43