Kateqoriyasız

Hər gün Aşura, hər yer Kərbəla

Hicri-qəməri tarixi ilə 61-ci ildə (Miladi – 683-cü il) Məhərrəm ayının 9-da İmam Hüseyn (ə) və onun əhli-beytinə edilən zülmlərə görə bu gün xüsusi şəkildə qeyd edilir.

Məhz bu gündə Yezid davamçısı Ömər bin Sədin qoşunları tam şəkildə Kərbəlaya toplaşır və İmam Hüseynin karvanını mühasirəyə alır.

Bu gündə İmam Hüseynə (ə) Yezidlə beyət etmək yenə də təklif olunur. Amma imam ölümün zillətli həyatdan daha şərafətli olduğunu deyir və yerdə qalmış tərəfdarlarına bir gün sonra (Aşura günü) şəhid olacaqlarından xəbər verir, onları karvandan ayrılmaq və ya qalmaq məsələsində azad buraxır.

Tarixi faktlara əsasən, Ömər bin Səd İmam Hüseynə (ə) və onun yaxınlarına qarşı müharibəni elə Tasua günü başlamaq istəyir. Lakin İmam Hüseyn qardaşı həzrət Əbülfəzl Abbas vasitəsilə ibadət etmək üçün bir gün möhlət istəyir. Düşmən ordusu əvvəlcə buna razı olmaq istəməsə də, sonradan razı olur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43