Dünya futbolu

Hollandiya millisini çalışdırmaqdan imtina etdi

Hollandiya Futbol Federasiyasının rəhbərliyi millinin baş məşqçisi postuna kimin gətiriləcəyini müəyyənləşdirməyib. “Narıncılar” çalışdırmağa bir neçə namizəd olsa da, hələlik yekun ad açıqlanmayıb.

İdmanxeber.com-un məlumatına görə, namizədlərdən biri bu təklifdən imtina edib. Bu, son olaraq İtaliyanın “İnter” klubunda çalışmış Frank de Burdur.

Belə bir iddia ilə “Football İtalia” çıxış edib. Qəzetin məlumatına görə,mütəxəssis özünü klub məşqçisi kimi təsdiq etmək niyyətindədir. O, buna görə də millidən gələn təklifə “yox” deyib.

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində Bolqarıstana məğlubiyyətdən sonra millinin baş məşqçisi Denni Blind istefaya göndərilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43