2018-ci ildə futbol üzrə Dünya Çempionatında (DÇ-2018) iştirak etmək üçün seçim turnirindən uğurla çıxmış ilk komanda Braziliya yığması olub.
İdmanxeber.com-un məlumatına görə, bu, Peru komandası ilə Uruqvay yığmasının seçim matçında uruqvaylıların 1:2 hesablı məğlubiyyətindən sonra məlum olub.
2018-ci ildə keçiriləcək Dünya Çempionatının seçim mərhələsinin KONMEBOL (Cənubi Amerika) zonasında 14-cü turundan sonra aktivində 33 xal olan Braziliya yığması öz qrupunda inamla liderlik edir və 4-cü pillədən aşağı düşə bilməz. Beləliklə, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının final turnirinə vəsiqə almış ilk komanda Braziliya yığmasıdır.
Siyahıda 2-ci yeri Kolumbiya yığması (24 xal), üçüncü yeri Uruqvay (23) 4-cü yeri Çili (23), sonrakı yerləri Argentina (22), Ekvador (20) Peru (18), Paraqvay (18), Boliviya (10) və Venesuela (6 xal) tutur.