İdman

I Divizon təmsilçisi Premyer Liqa klubunun əvəzedicilərini uddu

Yeni mövsümdə Azərbaycan Birinci Divizionunda mübarizə aparacaq “Binə” daha bir yoxlama oyunu keçirib.

İdmanxeber.com-un məlumatına görə, paytaxt təmsilçisi “Zirə”nin əvəzediciləri ilə qarşılaşıb.

Binə qəsəbə stadionunda keçirilən oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Rəqib qapısından qolları Elmin Çobanov (57) və Məhəmməd Bədəlbəyli (72) keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43