Dünyadan

İbrahimoviçdən xanımına maraqlı hədiyyə

Zlatan İbrahimoviç yenə gündəmdə qalmağı bacarıb.

“Mançester Yunayted”in ulduz futbolçusu bu dəfə xanımına verdiyi ad günü hədiyyəsi ilə gündəmdədi.

Maraqlıdı ki, isveçli forvard həyat yoldaşı Helena Segerə “Vest Bromviç”lə oyunda vurduğu qoldan sonra çəkilən şəkilini hədiyyə edib.

Qeyd edək ki, İbrahimoviç daha əvvəl açıqlamasında arvadının ad günü ilə bağlı suala cavab olaraq “xanımına heç nə almayacam, onsuz da o Zlatana sahibdir” demişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43