Ölkə futbolu

İddialı açıqlama: “Qarabağ”la oyunda qələbə bizim olacaq”

"Qarabağ"la oyuna ciddi hazırlaşırıq. Komanda da əhval-ruhiyyə yaxşı vəziyyətdədi".

Bu sözləri idmanxeber.com saytına açıqlamasında "Sumqayıt"ın gənc futbolçusu Nurlan Novruzov deyib. 

Premyer Liqanın X turu çərçivəsində doğma meydanda "Qarabağ"la keçirəcəkləri oyun barədə danışan futbolçu bunları deyib:

"Qarabağ"ı evdə qəbul edəcəyik və 3 xalı almalıyıq. Çünki bu dəqiqə bizə vacib xallar lazımdır. Komandamız layiq olduğu yerdə deyil, amma əlimizdən gələni edb, yuxarı pillələrə qalxacayıq. Futbolçular və məşqçilər korpusu bu yerə layiq deyil. "Qarabağ"ın nə qədər güclü rəqib olduğunu bilirik, amma biz də zəif deyilik. Rəqib kim olursa olsun, qalib gələcəy gücümüz var".

"Sumqayıt" komandasının demək olar ki, yarıdan çoxu millinin üzvüdür. Biz əgər bu pillədən uzaqlaşmasaq, futbolçularımızın adına yaraşmaz".

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43