İdman

İdmançımız Portuqaliyada gümüş medal qazandı

Portuqaliyanın paytaxtı Lissabon şəhərində əlbəyaxa döyüş növləri üzrə dünya çempionatı keçirilir.

İdmanxəbər.com-un məlumatına görə 6 min idmançının iştirak etdiyi yarışda Azərbaycan 12 idmançı ilə təmsil olunur.

Ötən gün 60 kq çəki dərəcəsində yarışan Orxan Mehdiyev medalçılar sırasına düşə bilib. İrlandiyalı rəqibi məğlub edərək yarmfinala yüksələn idmançımız, daha sonra küveytli rəqibini üstələyərək həlledici döyüşə vəsiqə qazanıb. Amma finalda fransız rəqibinə yenilən Mirzəyev gümüş medalla kifayətlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43