Kateqoriyasız

İDMANXEBER.COM 2 yaşında!

11 Avqust – Bu tarix İdmanxeber.com üçün doğma tarixdir. Düz iki il öncə məhz bu gündə İdmanxeber.com saytı fəaliyyətə başladı. Yarandığı gündən obyektiv və operativ xəbərləri ilə oxucuların rəğbətini qazandı.

Həftə içi hər gün saat 10:00-dan axşam 18:00-a kimi, eləcə də gecə 00:00-dan 03:00-a kimi sayt oxucuları idmanın ən son yenilikləri ilə tanış edir. Bundan başqa önəmli turnirlərdən və  tədbirlərdən yazılar, video görüntülər, fotosessiyalar və maraqlı rubrikalar ilə görüşünüzə gəlirik.

Artıq 2 il oldu və bu illər ərzində böyük kütləyə sahib olmağı bacardıq. Bundan sonra da bizə etimad göstərən hər bir oxucunun inamına layiq olmağa çalışacağıq.

Bu illər ərzində bizə dəstək olan hər bir kəsə dərin təşəkkürümüzü bildiririk!

2 yaşımız mübarək!


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43