Dünyadan

II Avropa Oyunlarının keçiriləcəyi şəhər müəyyənləşdi

2019-cu ildə keçiriləcək II Avropa Oyunlarının məkanı müəyyənləşib.

İdmanxeber.com xəbər verir ki, Avropa Olimpiya Komitələrinin Belarusun paytaxtı Minskdəki 45-ci Baş Assambleyasında turnirin Minskdə keçirilməsinə qərar verilib. 

50 ölkənin Milli Olimpiya Komitəsinin təmsil olunduğu iclasda Minskin növbəti Oyunlara ev sahibliyi etməsinə dair qərar verilib. 

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ilin 12 – 28 iyununda Bakıda təşkil olunub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43