Dünya futbolu

İlin ən yaxşı baş məşqçisi adına 3 namizəd açıqlandı

FİFA 2016-cı ilin ən yaxşı kişi və qadın baş məşqçisi nominantlarının adını açıqlayıb.

İdmanxeber.com-un məumatına görə, mükafat uğrunda üç futbol mütəxəssis mübarizə aparacaq.

Kişi namizədlərdən ikisi klub, biri yığma komanda çalışdırıcısıdır. Üçlükdə “Real Madrid”in baş məşqçisi Zinəddin Zidan, “Lester”in çalışdırıcısı Klaudio Ranyeri və Portuqaliya millisinin sükanı arxasında olan Fernandu Santuş yer alıblar.

Xatırladaq ki, səsvermədə milli komanda baş məşqçiləri və kapitanları ilə yanaşı, media nümayəndələri və futbol azarkeşləri də iştirak edir. Nominasiyanın qalibi gələn il yanvarın 9-da Sürixdə elan olunacaq.

Qeyd edək ki, millimizin baş məşqçisi Robert Prosineçki isə ən yaxşı kişi baş məşqçi kimi Portuqaliya yığmasına rəhbərlik edən F.Santuşa səs verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43