Dünya futbolu

İlkay Gündoğan üçün PSJ iddiası

İlkay Gündoğan karyerasını Fransada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi iyunun sonunda başa çatır. 32 yaşlı futbolçu PSJ-nin yarımmüdafiə xəttini gücləndirmək hədəflərindən biridir.

Gündoğanla “Barselona” və “Arsenal” da maraqlanır. Türk əsili almaniyalı futbolçunun karyerası ilə bağlı yekun qərarını vermədiyi bildirilir. 

İlkay ötən mövsüm Premyer Liqada 31 oyun keçirib, 8 qol vurub, 4 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43