12 İyul 2026
Kateqoriyasız

“İnter Arena”da Qarabağ derbisi

Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” bu gün yoxlama oyunu keçirib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Ağdam klubu ” Qarabağ Şuşa” ilə qarşılaşıb.

“İnter Arena”da keçirilən matçda “Qəbələ” ilə görüşdə iştirak etməyən və az oynayanlar meydana çıxıb.

Saat 17:00-da başlayan oyun 0:0 hesablı qolsuz bərabərliklə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43