Kateqoriyasız

“İnter” “Dinamo”ya penaltilərlə məğlub oldu

Xəbər verdiyimiz kimi, “Şəfa” stadionunda Azərbaycan Beynəlxalq Bankının təsis etdiyi “IBA Cup” yeniyetmələr arasında 3-cü beynəlxalq futbol turniri keçirilir. 

İdmanxeber.com-un məlumatına görə, bu gün turnirin ikinci mərhələsində 5-ci yer uğrunda oyun keçirilib.

“İnter” Gürcüstanın “Dinamo” komandasıyla qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 hesabıyla yekunlaşdığından qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilərdə daha dəqiq olan gürcülər meydanı 5:4 hesablı qələbəylə tərk ediblər. “İnter” isə turniri 6-cı yerdə başa vurub.

7-ci yer uğrunda mübarizə “Karpatı” və “Rubin” komandaları arasında olmalıydı. Lakin komandaların rəhbərliyi arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən oyun keçirilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43