Ölkə futbolu

“İnter” məsələni həll edir: “Xəzər Lənkəran”ın hücumçusu paytaxt klubuna keçir

“İnter” hücumçu problemini “Xəzər Lənkəran”ın forvardı Junior Nildo ilə həll etmək istəyir.

İdmanxeber.com-un məlumatına görə, Avropa Liqasında çıxış edəcək “bankirlər” braziliyalı forvardın alınması üçün qarşı tərəflə danışıqlara başlayıb.

Lakin “ağ-yaşıllar” AZAL-dan alınan forvardı satmaq deyil, icarəyə vermək niyyətindədi. Bank klubu böyük ehtimalla Nildonu 6 aylıq icarəyə götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43