Ölkə futbolu

“İnter” “Qəbələ”nin məğlub etdiyi komanda ilə oynayacaq

Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “İnter” dünən gecə saatlarında Gürcüstana yola düşüb. 

İdmanxeber.com-un məlumatına görə, Tbilisinin “Bomond Garden” otelində məskunlaşacaq komandamız təlim-məşq toplanışı çərçivəsində iki yoxlama matçı keçirməyi planlaşdırır. Zaur Svanadzenin yetirmələri avqustun 28-də “Samtredia”, sentyabrın 1-də isə “Tsxinvali” ilə qarşılaşacaqlar.

Sentyabrın 2-də Vətənə qayıdacaq “İnter” növbəti tura hazırlıqlarını Bakıda davam etdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43