“İnter”in baş məşqçisi Simone İnzaqi komanda ilə müqaviləsini tezliklə uzadacaq.
İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis 2025-ci ilə qədər yeni sözləşmə imzalayacaq. Komanda rəhbərliyi İnzaqinin maaşını qaldırmaq qərarına gəlib.
İnzaqi 2021-ci ilin yayında “neradzurri”nin başına keçib. Mütəxəssis bu müddətdə iki dəfə İtaliya kubokunu qazanıb və Çempionlar Liqasının finalına yüksəlib.
2022/23 mövsümünün sonunda onun komandası 38 matçda 72 xal toplayaraq A Seriyasının turnir cədvəlində üçüncü yerdədir.

