05 İyun 2026
Dünya futbolu

“İnter”in futbolçusu klubu tərk edir

“İnter” və “Bolonya” yarımmüdafiəçi Kristian Aslaninin transferi ilə bağlı razılığa gəlib.

İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı alban daha əvvəl “Betis”ə keçməkdən imtina etmişdi. Eyni zamanda, “İnter”in baş məşqçisi Kristian Kivu hesab edir ki, Asllani onun tələblərinə cavab vermir.

ⅦNeradzurri”lər əvvəlcə futbolçu üçün təxminən 18 milyon avro istəsələr də, sonda onu 9 milyon avroya buraxmağa razılaşıblar. İndi “Bolonya” yarımmüdafiəçi ilə müqavilənin şərtlərini razılaşdırmalıdır.

Asllani 2024/25 mövsümündə bütün yarışlarda 39 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “İnter”lə müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43