Dünya futbolu

İrqçiliyə görə stadionda kütləvi dava VİDEO

Serbiya Super Liqasının 22-ci turunda keçirilən “Rad” – “Partizan” matçında (0:1) xoşagəlməz hadisə baş verib.

İdmanxeber.com-un məlumatına görə, qonaqların futbolçusu Everton Luis yerli azarkeşlər tərəfindən irqçi şüarlara məruz qalıb.

Final fiti səslənəndən sonra Luis “Rada”lı azarkeşlərin hərəkətinə cavab olaraq onlara qeyri-etik jest göstərib. Bu isə futbolçular arasında kütləvi davanın baş verməsi ilə nəticələnib. Lakin məşqçilərin və polisin müdaxiləsi ilə hadisənin böyüməsinin qarşısı alınıb.  O, hadisədən sonra isə göz yaşlarına hakim ola bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43