06 İyul 2026
Dünya futbolu

İspaniya və Argentina arasında “Finallissima” martda keçirilə bilər

İspaniya və Argentina yığmaları arasında “Finallissima” oyunu martın 28-də Qətərdə baş tuta bilər.

İdmanxeber.az-ın məlumatına görə, FIFA qarşılaşmanı “Lusail Iconic” stadionunda keçirməyi planlaşdırır. Alternativ variantlar kimi Mayami və Ər-Riyad stadionları da nəzərdən keçirilib. Oyunun  yerinə dair yekun qərar yaxın günlərdə açıqlanacaq.

Xatırladaq ki, Avro-2024-də İspaniya İngiltərəni 2:1 hesabı ilə, Amerika Kubokunda isə Argentina Kolumbiyanı 1:0 məğlub edib.

“Finallissima” ilk dəfə 2022-ci ilin iyununda keçirilib — həmin vaxt Argentina İtaliyanı 3:0 hesabı ilə məğlub etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43