İtaliyada A Seriyasının 26-cı turunun oyunlarıyla bağlı qərar verilib.
Ölkədə koronavirusun yayılması səbəbilə “Yuventus” – “İnter”, “Milan” – “Cenoa”, “Parma” – SPAL və “Sassuolo” – “Breşiya” matçları azarkeşsiz keçiriləcək. Məlumatı A Seriyasının rəsmi saytı yayıb.
Sözügedən qarşılaşmalar martın 1-də baş tutacaq.