11 İyun 2026
Dünya futbolu

İtaliya klubu David De Xea ilə bağlı qərarını verdi

“Fiorentina” futbolçusu David De Xea ilə müqaviləni uzatmaq niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik qapıçının çıxışından razıdır. Bu səbəbdən də 34 yaşlı qolkiperə yeni sözləşmə təklif edilib. Onun maaşının da artırılacağı bildirilib.

David De Xea “Fiorentina”ya ötən ilin yayında azad agent kimi transfer olunub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43