PSJ-nin futbolçusu Lionel Messi daha bir klubun maraq dairəsinə düşüb.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, “İnter” argentinalı futbolçunun xidmətində maraqlıdır. Milan təmsilçisi mövsüm sonu PSJ ilə müüaviləsi bitən oyunçunu təzminat ödəmədən transfer etmək niyyətindədir.
Daha öncə “İnter” klubunun prezidentinin müavini Xavier Zannetdi Leo ilə maraqlandıqlarını təsdiq etmişdi. İtaliya klubu Messinin PSJ ilə sözləşmə yeniləməyəcəyi təqdirdə ona rəsmi təklif göndərəcək.
Argentinalı ulduz futbolçunun Paris təmsilçisi ilə müqaviləsi mövsüm sonu başa çatır. Tərəflər sözləşmə uzatmaq üçün bir neçə dəfə görüşsələr də, hələlik razılığa gələ bilməyiblər.

