A Seriyası təmsilçisi “Komo” “Qalatasaray”ın futbolçusunu istəyir.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu Davinson Sançes üçün 18 milyon və əlavə 2 milyon avro bonuslu təklif göndərib.
Klub kolumbiyalı müdafiəçini heyətinə qatmaq üçün “Qalatasaray”la danışıqları davam etdirir.

